"Liverpul" müdafiəçisini icarəyə verir

"Liverpul"da cari mövsüm az forma şansı qazanan Nataniel Klayn klubunu dəyişmək istəyir.

 

Newsport.az xəbər verir ki, "qırmızılar" ingilis müdafiəçini icarəyə verəcək. 27 yaşlı futbolçunun xidmətində "Bornmut" maraqlıdır. "Gilaslar"ın çalışdırıcısı Eddi Hoy Klaynı sərəncamında görmək istəyir. Bu səbəbdən də "Bornmut" Klaynı icarəyə götürmək üçün rəsmi təklif göndərəcək. Bundan əlavə, sağ cinah müdafiəçisi "Kardiff Siti"nin də transfer hədəfindədir.

 

Qeyd edək ki, Klayn 2015-ci ildə 12,5 milyon funt-sterlinqə "Sauthempton"dan "Liverpul"a keçib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right