"Tottenhem"də yeni müqavilə

"Tottenhem" mövsümün sonunda müqaviləsi başa çatacaq Tobi Alderceyreldlə müqaviləni uzadıb.

Newsport.az-ın məlumatına görə, London klubu müqavilənin şərtinə uyğun olaraq, 29 yaşlı müdafiəçiylə anlaşmanı bir il uzadıb. Belçika millisinin üzvü 2020-ci ilin yayına kimi "mahmuzlar"da çıxış edəcək.

Qeyd edək ki, belçikalı müdafiəçi 2015-ci ildə 11,5 milyon funt-sterlinq qarşılığında "Atletiko"dan "Tottenhem"ə transfer edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right