“Benfika” baş məşqçisiz qaldı

Portuqaliyanın “Benfika” klubu baş məşqçisi Rui Vitoriya ilə yollarını ayırıb. Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstefaya komandanın bu mövsüm o qədər də uğurlu çıxış etməməsi səbəb göstərilir.

“Benfika” Portuqaliya çempionatında 15 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb.


Rui Vitoriya sözügedən komandanı 2015-ci ildən çalışdırırdı. Onun rəhbərliyi altında “Benfika” 2 dəfə Portuqaliya çempionu olub, eyni sayda ölkə kubokuna sahib çıxıb, 1 dəfə isə superkubokun qalibi adını qazanıb.

Portuqaliya klubu Avropa Liqasının 1/16 final mərhələsində Türkiyə çempionu “Qalatasaray”ın rəqibidi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right