Eriksenlə yeni müqavilə imzalanacaq: maaşında ikiqat artım

"Tottenhem" yarımmüdafiəçisi Kristian Eriksenlə müqaviləni uzatmağa hazırlaşır.

Newsport.az "Daily Mail"ə istinadən xəbər verir ki, London təmsilçisi Danimarka millisinin üzvünün maaşını ikiqat artırmaq fikrindədir.

26 yaşlı yarımmüdafiəçinin həftəlik məvacibi 70 min funt-sterlinqdir.

Qeyd edək ki, Eriksen 2013-cü ildə "Ayaks"dan 12,45 milyon avro qarşılığında "Tottenhem"ə transfer olub. Onun müqaviləsi 2020-ci ildə bitəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right