"Real"da 18 yaşlı hücumçu

"Real" "Melila"nın futbolçusu  Məhəmməd Mizzianı icarəyə götürüb.
 
Newsport.az-ın İspaniyanın Sequnda B liqasının saytına istinadən yaydığı xəbərə görə, 18 yaşlı hücumçu bu mövsümün sonuna kimi Madrid klubunda icarə əsasında çıxış edəcək. "Real" bu mövsümün sonu təzminat ödəyərək oyunçunu  birdəfəlik almaq hüququna malikdir.
 
M.Mizzianın "Real"ın ikinci komandası - "Kastilya"da oynayacağı gözlənilir. Ancaq onun Mariano Diasın zədələnməsi səbəbindən əsas komanda ilə də matçlarda iştirak emək ehtimalı olduğu vurğulanıb.
 
Qeyd edək ki,  M.Mizziaİspaniya kubokunun 1/16 finalında "Real"a qarşı matçda start heyətdə oynayıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right