"Fənərbaxça"nın kapitanı üzr istədi

Bir müddət öncə intizamsızlığa görə "Fənərbaxça"nın əsas komandasından kənarlaşdırılan Volkan Dəmirəl bağışlanıb.
 
Newsport.az-ın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı xəbər yayıb. Klubun vitse-prezidenti Semih Özsoya hörmətsizlik etdiyi üçün əvəzedici heyətə göndərilən 37 yaşlı qapıçı bu gün keçirdiyi mətbuat konfransında başda prezident Ali Koç olmaqla, bütün "Fənərbaxça" azarkeşlərindən üzr istəyib:
 
“Başda prezidentimiz olmaqla, bütün qəlbini qırdığım insanlardan üzr istəyirəm. Mən “Fənərbaxça” üçün var oldum, bundan sonra da onun üçün var olacağam”.
 
Qeyd edək ki, V. Dəmirəl 2002-ci ildən şərəfini qoruduğu “sarı-lacivərtli” klubda ümumilikdə 495 oyuna çıxıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right