Unai Emeridən transfer açıqlaması

"Arsenal"ın baş məşqçisi Unai Emeri açıqlama verib.

Newsport.az-ın məlumatına görə, ispan mütəxəssis qış fasilsəində futbolçu transfer etməyin çətin olduğunu deyib. O, klubun bu yöndə çalışdığını bildirib:

"Heyətimizi qış fasiləsində gücləndirmək və ya genişləndirmək asan iş deyil. Buna baxmayaraq, klub çalışır. Fərqli variantlara nəzə yetiririk. Fürsət yaxalasaq, transfer bazarına daxil ola bilərik. Bəlkə də bir, ya da iki oyunçu ilə müqavilə imzalaya bilərik. Lakin bu, çətin prosesdir".

47 yaşlı mütəxəssis "Çelsi"nin müdafiəçisi Qari Keyhillə maraqlanmadıqlarını sözlərinə əlavə edib:

"Keyhillin transferi barədə danışığımız olmayıb".

Qeyd edək ki, "Arsenal" Premyer Liqada 21 turdan sonra 41 xalla 5-cidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right