İtaliya klubu bombardirini satmayacaq

Cari mövsüm sərgilədiyi oyunla diqqət mərkəzində olan "Cenoa"nın hücumçusu Kşiştof Pyontek nəhəng klubların maraq dairəsindədir.

Newsport.az-ın məlumatına görə, klubun prezidenti Enriko Presiozi polşalı hücumçunu satmayacaqlarını açıqlayıb: "Mövsümün sonuna kimi Pyentek bizimlə qalacaq. Kristian Kuame, Kşiştof Pyontek və Qaston Ramires üçün çox xəbərlər yayıldı. Ancaq bizə rəsmi təklif gəlməyib".

Qeyd edək ki, Polşa millisinin üzvünün "Cenoa" ilə müqaviləsi 2022-ci ilə qədərdir. 23 yaşlı forvard cari mövsüm A Seriyasında 19 oyuna 13 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right