"Yuventus" rəsmisi: "Remzini transfer etmək istəyirik"

Mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatacaq Aaron Remzinin adı "Yuventus"la hallanır.

Newsport.az-ın məlumatına görə, "qoca sinyora"nın idman direktoru Fabio Paratiki Uels millisinin üzvüylə maraqlandıqlarını təsdiq edib:

"Bəli, biz Remziylə maraqlanırıq. O, güclü yarımmüdafiəçidir. Ancaq indi "Arsenal"ın futbolçusudur. Nələr olacağını gələcəkdə biləcəyik".

İtaliya mətbuatı "Yuventus"un Remziyə illik 10 milyon avro maaş olmaqla müqavilə təklif etdiyini yazmışdı.

Qeyd edək ki, 2008-ci ildə "topçular"da çıxış edən 27 yaşlı yarımmüdafiəçi cari mövsüm 24 oyuna 3 qol vurub, 6 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right