"Çelsi"nin futbolçusu sabiq komanda yoldaşının rəhbərliyi altında oynamaq istəyir

“Çelsi” klubunun futbolçusu Fransesk Fabreqas karyerasını Fransada davam etdirməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi "Monako" klubu ilə danışıqlar aparır.

31 yaşlı ispaniyalı yarımmüdafiəçi sabiq komanda yoldaşı, hazırda “knyazlıq klubu”nun baş məşqçisi olan Tyerri Anrinin nin rəhbərliyi altında çıxış etmək istəyir. Transferin gələn həftə rəsmiləşəcəyi bildirilir. 

Onun xidmətində "Mançester Siti" klubu da maraqlıdır. Lakin futbolçu "şəhərlilər"in təklifinə isti yanaşmır.  

Qeyd edək ki, Fabreqas karyerası ərzində İngiltərənin “Arsenal” və İspaniyanın “Barselona” komandalarının da formasını geyinib. O, 2014-cü ilin yayında “Çelsi” ilə 5 illik müqavilə imzalayıb və hazırda əsas heyətə düşməkdə çətinlik çəkir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right