"Sevilya" hücumçusunu icarəyə verdi

"Sevilya" hücumçusu Luis Murieli icarəyə verib.

Newsport.az-ın məlumatına görə, Kolumbiya millisinin üzvü karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Daha öncə "Milan"la böyük ölçüdə razılığa gələn Muriel "Fiorentina" ilə mövsümün sonuna kimi müqavilə bağlayıb.

Qeyd edək ki, əndəlüsiyalılar Murieli 2017-ci ildə "Sampdoria"dan 20 milyon avroya transfer edib. 27 yaşlı hücumçu cari mövsüm 19 oyuna 4 qol vurub, 4 assist edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right