"Çelsi" "Borussiya"nın futbolçusunu transfer etdi

"Çelsi" "Borussiya"nın yarımmüdafiəçisi Kristian Pulişiçi transfer edib.

Newsport.az-ın məlumatına görə, London klubu bu keçid üçün Dortmund təmsilçisinə 64 milyon avro təzminat ödəyəcək. ABŞ millisinin üzvü "Çelsi"yə 2019-cu ilin yayında qoşulacaq.

Qeyd edək ki, 20 yaşlı Xorvatiya əsilli yarımmüdafiəçi peşəkar karyerasına "Borussiya"da başlayıb. O, Bundesliqada 81 oyuna 10 qol vurub, 13 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right