Burak Yılmazın yeni klubu rəsmən açıqlandı

"Trabzonspor"dan ayrılan Burak Yılmazın yeni klubu rəsmən açıqlanıb.

Newsport.az-ın məlumatına görə, hücumçu karyerasını "Beşiktaş"da davam etdirəcək.

Bu barədə futbolçunun atası Fikrət Yılmaz açıqlama verib: "Oğlum "Beşiktaş"la bütün məsələlərdə anlaşıb. "Burak Yılmaz "Beşiktaş"da" yaza bilərsiniz. Burak "Trabzonspor" rəhbərliyi ilə son görüşündə 2 milyon avro alacağından vaz keçib. Hər iki tərəf üçün xeyirli olmasını diləyirəm. Burak və mənim üçün "Trabzonspor"un ayrı yeri var. İnşallah, çempion olarlar. Oğlum Trabzondan ayrıldı deyə əlaqələrimiz bitməyəcək". 

Burak Yılmaz özü isə açıqlamasında "Yuvama döndüm" deyib.

Qeyd edək ki, Burak Yılmaz 2006-2008-ci illərdə "Beşiktaş"da çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right