Afrikanın ən yaxşı futbolçusu adına üç namizəd

Afrika Futbol Konfederasiyası 2018-ci ilin ən yaxşı futbolçusu adına namizəd olan üç futbolçunu açıqlayıb.

Newsport.az-ın məlumatına görə, Sadio Mane ("Liverpul", Seneqal), Məhəmməd Salah ("Liverpul", Misir) və Pyer-Emerik Obameyanq ("Arsenal", Qabon) mükafatı qazanmağa namizəd oyunçulardır.

Ötən il də qitənin ən yaxşısı adına məhz bu futbolçular namizəd idi. Qalib isə Məhəməd Salah olmuşdu.

Qeyd edək ki, yanvarın 8-də Seneqalın paytaxtı Dakarda keçiriləcək mərasimdə qalibin adı açıqlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right