"Beşiktaş"dan göndəriləcək futbolçular

"Beşiktaş" qış fasiləsində və mövsümün sonunda yaşı 30-dan çox olan ən azı 5 futbolçunu komandadan göndərmək istəyir.

Newsport.az-ın məlumatına görə, Vaqner Lav (34 yaş), Tolqa Zəngin (34 yaş), Rikardo Kuarejma (35 yaş), Atiba Hatçinson (35 yaş) və Gökhan Gönüllə (34 yaş) qış transfer pəncərəsində yollar ayrıla bilər. Adriano (34 yaş), Rayan Babel (32 yaş), Qari Medel (31 yaş) Mustafa Pektemeklə (30 yaş) isə qışda ayrılıq mümkün olmasa, mövsümün sonunda onlara da qapı göstəriləcək.

Baş məşqçi Şenol Günəş Jermain Lens (31 yaş) və Caner Erkinin (30 yaş) komandada qalmasına müsbət yanaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right