"Qalatasaray"ın hücumçusu Bundesliqa klubunun maraq dairəsində

"Qalatasaray"da zəif performansı ilə diqqət çəkən Ərən Dərdiyok klubdan ayrıla bilər.

Newsport.az-ın məlumatına görə, İsveçrə millisinin üzvünə Almaniya Bundesliqasından maraq var. "Hannover" klubu 30 yaşlı forvardın transferi üçün İstanbul təmsilçisinə rəsmi təklif göndərəcək. Əgər tərəflər arasında danışıqlar müsbət tamamlansa, Dərdiyok karyerasını Bundesliqada davam etdirəcək.

Qeyd edək ki, Ərən Dərdiyok 2016-cı ildə "Kasımpaşa"dan "Qalatasaray"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right