Azərbaycanlı məşqçi Türkiyə klubunda

Azərbaycanlı məşqçi Asim İbrahimovun yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, mütəxəssis Türkiyənin II Liqasında mübarizə aparan “Darıca Gənclərbirliyi” klubunun baş məşqçisi təyin olunub. Klubun azərbaycanlı sahibi Rauf İsmayılov baş məşqçi postunu İsmayılova həvalə etməyi lazım bilib.

Qeyd edək ki, Asim İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. O, Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) klubunda da işləyib. Mütəxəssis Türkiyənin "Adanaspor" klubunda da fəaliyyət göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right