Samir Nəsrinin transferi rəsmən açıqlandı

İngiltərə Premyer Liqa təmsilçisi "Vest Hem"də məşqlərə çıxan Samir Nəsri klubla rəsmi müqavilə bağlayıb.

Newsport.az-ın məlumatına görə, "çəkicdöyənlər" fransız yarımmüdafiəçiylə mövsümün sonuna kimi saziş imzalayıb. London klubu 31 yaşlı futbolçuya həftəlik 90 min avro maaş verəcək. O, yeni klubunda 18 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, “Arsenal”, “Mançester Siti”, “Sevilya”, “Marsel” kimi komandalarda çıxış edən Nəsrinin son klubu "Antalyaspor" olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right