Burak Yılmazın "Beşiktaş"la müqaviləsinin detalları

Türkiyə Super Liqa təmsilçisi "Beşiktaş" hücum xəttində Vaqner Lav və Kayl Larindən istədiyini ala bilmədi. İstanbul təmsilçi "Trabzonspor"da problemlərlə üzləşən Burak Yılmazın transferində anlaşma əldə edib.

Newsport.az-ın məlumatına görə, tərəflər arasında 2,5 illik müqavilə bağlanacağı gözlənilir. "Qara qartallar" mövsümün sonuna kimi 33 yaşlı forvarda 1,2 milyon avro maaş ödəyəcək. Növbəti mövsüm üçün isə türkiyəli forvard 2,4 milyon avro məvacib alacaq. Əgər anlaşma 1,5 ildən uzun çəksə, Burakın maaşı yenə 2,4 milyon avro qalacaq.

Qeyd edək ki, Burak Yılmaz ötən il Çinin "Beyiçzin Qoyan" klubundan "Trabzonspor"a keçmişdi. Burak 2006-2008-ci illərdə "Beşiktaş"da oynayıb. Təcrübəli hücumçu "Antalyaspor", "Manisaspor", "Fənərbağça", "Qalatasaray", "Əskişəhərspor" kimi klubların da şərəfini qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right