"Atletiko" Hernandesə alternativ tapdı

"Atletiko" müdafiəçisi Lukas Hernandesin adının Münhen "Bayern"i ilə hallanmasından sonra axtarışa çıxıb.

Newsport.az-ın məlumatına görə, Madrid klubu "Roma"dan Aleksandar Kolarovu hədəfə alıb. 33 yaşlı sol cinah müdafiəçisinin qış fasiləsində "Roma"dan ayrılmaq ehtimalı yoxdur. Mövsümün sonunda isə azad agent statusuna yiyələnəcək serb futbolçu "hindular"a pulsuz başa gələ bilər.

Qeyd edək ki, "Roma" Kolarovu 2017-ci ildə "Mançester Siti"də 5 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right