Klopp: "Salah penaltini Firminoya həvalə edəndə az qala ağlayacaqdım"

İngiltərə Premyer Liqasının 20-ci turunda evdə "Arsenal" 5-1 hesabı ilə qalib gələn "Liverpul"un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Newsport.az-ın məlumatına görə, alman mütəxəssis çempionluq barədə danışmağın tez olduğunu deyib: 

"Arsenal"ı 5:1 hesabı ilə məğlub etmək az görünən hallardan biridir. Buna görə də mən və komandamız xoşbəxtik. Liverpul"un çempionluğunu indidən düşünmək axmaqlıq olar. Xal fərqinin 9 olması heç nə demək deyil. Bütün suallara mövsümün sonunda aydınlıq gələcək".

Klopp oyunda Məhəmməd Salahın Roberto Firminonun het-trik etməsi üçün penaltini ona həvalə etməsindən də danışıb:

"Salah topu Firminoya verəndə az qala ağlayacaqdım. Salahın qol vurmağa ac olduğunu hamımız bilirik. Ancaq o, topu Robertoya verdi və het-trik etməsinə şərait yaratdı"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right