"Monako" "Beşiktaş"ın müdafiəçisini hədəfə aldı

"Beşiktaş" müdafiəçisi Domaqoy Vida üçün yaxşı günlər yaşamayan "Monako"dan transfer təklifi alıb.

Newsport.az-ın məlumatına görə, Fransa klubu İstanbul klubuna xorvatiyalı müdafiəçi üçün 8-9 milyon avro civarında təklif ünvanlayıb. Bu barədə "Le Parisien" məlumat yayıb. "Beşiktaş" isə bu keçid üçün "knyazlıq klubu"ndan 12 milyon avro istəyib. Xəbərdə isə "Monako"nun "qara qartallar"ı 10 milyon avroya razı salmağa çalışacağı vurğulanıb.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü ilin əvvəlində Kiyev "Dinamo"sundan "Beşiktaş"a azad agent statusu ilə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right