"Qarabağ"a vurduğum qol sənət əsəri idi" - Nani

"Spotinq"in kapitanı Luiş Nani Portuqaliyanın dünyaca məşhur "Record" nəşrinə geniş müsahibə verib.

Newsport.az-ın məlumatına görə, başa çatmaqda olan ili dəyərləndirən portuqaliyalı yarımmüdafiəçi komandasının Avropa Liqasındakı çıxışına da toxunub. "Qarabağ"la Bakıda keçirdikləri oyunu xatırlayan 32 yaşlı futbolçu Ağdam klubunun qapısına vurduğu baxımlı qoldan danışıb. Nani bildirib ki, həmin qol sənət əsəri idi.

Qeyd edək ki, "Qarabağ" - "Sportinq" oyunu qonaqların 6:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Nani 33-cü dəqiqədə bir neçə futbolçunu keçərək, təmsilçimizin qapısına gözəl qol vurmuşdu.


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right