Qlazqo derbisində "Reyncers" qalib gəldi

Şotlandiya Premyer Liqasında 21-ci turun oyunları baş tutub.

Newsport.az-ın məlumatına görə, "Old Firm" derbisində "Reyncers" evdə "Seltik"i qəbul edib. Qlazqoluların duelində meydan sahibləri 1-0 hesablı qələbə qazanıb.

Premyer Liqada turnir cədvəlinə 42 xalla 1 oyun az keçirən "Seltik" başçılıq edir. "Reyncers" də 42 xal toplayıb və 2-ci yerdə qərar tutub. "Kilmarnok" 41 xalla 3-cü, "Aberdin" 39 xalla 4-cü yerdə qərarlaşıb.

"Reyncers" 1-0 "Seltik"
Qol:
Rayan Cek, 31

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right