Futbolçu oğurluğa görə həbs olundu

Braziliyanın “Botafoqo” klubunun sabiq futbolçusu Everton Eleno həbs edilib.

Newsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Oğurluqda günahlandırılan Eleno, zərərçəkənin onun haqda polisə məlumat verməsindən sonra həbs olunub.

Elenonun “Botafoqo”yla olan müqaviləsinə 2018-ci ilin yayında xitam verilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right