Paytaxt klubunda ciddi itki

İngiltərənin “Çelsi” klubu ciddi itkiylə üzləşib.

Newsport.az xəbər verir ki, “zadəganlar”ın hücumçusu Pedro Rodriqes Premyer Liqanın 19-cu turunda “Uotford”la keçirilən matçda (2:1) zədələnib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Sol ayağından zədələnən ispan futbolçu 20-ci turda keçiriləcək “Kristal Pelas”la matçda iştirak edə bilməyəcək.

Pedronun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

"Kristal Pelas" - "Çelsi" matçı dekabrın 30-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right