Sulşer MY-də 5-ci oldu

İngiltərənin “Mançester Yunayted” klubu Ole-Qunnar Sulşerin rəhbərliyi altında çıxdığı 2-ci matçda “Haddersfild”i 3:1 hesabıyla məğlub edib.

Newsport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Sulşer MY-nin “sükanı arxasında” çıxdığı ilk matçda da səfərdə “Kardiff Siti”ni 5:1 hesabıyla məğlub etmişdi.

Hər iki oyundan qələbəylə ayrılan Sulşer, MY-nin tarixində 5-ci mütəxəssisdir ki, komandaya baş məşqçi təyin olunduqdan sonra ardıcıl 2 matçda da qalib gəlir.

Sulşerdən əvvəl Ticey Uolvort, Mett Basbi, Deyv Sekston və Joze Mourinyo “Mançester Yunayted”in “sükanı arxasına” keçdikdən sonra ardıcıl iki oyunda da qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right