Emenike Türkiyəyə qayıda bilər

Türkiyə I Liqasında mövsümün ilk yarısını ikinci pillədə başa vuran "Dənizlispor" səs-küylü transfer reallaşdırmaq istəyir.

Newsport.az-ın məlumatına görə, azad agent statusu daşıyan Emmanuel Emenike Dənizli təmislçisinin rəhbərliyilə görüşüb. Nigeriya millisinin sabiq üzvü "Karabükspor"un da maraq dairəsindədir. Klubsuz qalan Emenikenin Türkiyəyə qayıdacağı gözlənilir.

Qeyd edək ki, Emenike yayda "Olimpiakos"dan ayrıldıqdan sonra klubsuzdur. 31 yaşlı forvard "Karabükspor", "Spartak", "Fənərbağça", "Əl-Əyn", "Ves Hem" kimi klublarda çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right