"Final mərhələsinə çıxacağımıza söz verə bilmərəm" - Macarıstanın baş məşqçisi

"Milad ilin sonu, qərar qəbul etmək, yaxşı arzular diləmək bayramıdır. Mən də öz növbəmdə macar azarkeşlərə can sağlığı, sevinc və yeni ildə diləklərinin həyata keçməsini arzulayıram".

Newsport.az-ın məlumatına görə, bu sözləri AÇ-2020-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Macarıstan yığmasının baş məşqçisi marko Rossi yerli mətbuata açıqlamasında deyib. Qarşıdan gələn yeni illə bağlı arzularını dilə gətirən italiyalı mütəxəssis hədəfləri komandasının hədəflərindən də danışıb. O, Macarıstan seçməsini Avropa çempionatının final mərhələsinə çıxaracağına söz verməyib:

"Özüm və oyunçularım üçün nə arzu edə bilərəm? Xəyallarımızı gerçəkləşdirmək üçün sadiqlik, iradə və qətiyyət istisna olmaqla, heç nəyə söz verə bilmərəm. Eləcə də Avropa çempionatına vəsiqə qazanmağa. Ümid edirəm ki, arzumuz çin olar və Budapeştdəki oyunlara çıxarıq".

Qeyd edək ki, Macarıstan seçmə mərhələdə Xorvatiya, Uels, Slovakiya və Azərbaycanla birlikdə E qrupunda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right