Prandelli: "O, birgə çalışdığım nadir istedadlardan biridi"

Cari mövsüm sərgilədiyi oyunla diqqət mərkəzində olan "Cenoa"nın hücumçusu Kşiştof Pentek baş məşqçi Çezare Prandellidən 10 bal alıb.

Newsport.az-ın məlumatına görə, ötən günlərdə baş məşqçi postuna gətirilən təcrübəli mütəxəssis polşalı futbolçunu nadir görülən hücumçulardan biri kimi qələmə verib:

"Pentek çox güclü hücumçudur. Son nöqtəni əla qoyur. Bir çox çempion futbolçularla çalışmışam, amma Pentek gördüyüm nadir istedadlardan biridir".

Polşa millisinin üzvünün "Cenoa" ilə müqaviləsi 2022-ci ilə qədərdir. 23 yaşlı forvard cari mövsüm A Seriyasında 16 oyuna 12 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right