Ramosdan Mourinyoya sərt sözlər: "Onsuz hər şeyi qazanmışıq"

"Real"ın kapitanı Serxio Ramos Madrid klubuna geri dönəcəyi iddiaları yayılan Joze Mourinyo ilə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi portuqaliyalı mütəxəssislə bağlı sərt danışıb: "Artıq 5 ildir ki, Mourinyosuz davam edirik. Ancaq siz media mənsubları hələ də ondan danışırsınız. Mourinyo sadəcə bazar dəyərinə görə yüksək səviyyəli göstərilən məşqçilərdən biridir. Biz onun olmadığı müddətdə hər şeyi qazandıq, ancaq siz hələ də onun bura gəlib-gəlməyəcəyini müzakirə edirsiniz. Komandamızı Santyaqo Solari çalışdırır və ona hörmət etməliyik".

Qeyd edək ki, Mourinyo "Real"da çalışdığı dönəmdə Serxio Ramosla problem yaşamışdı. İspaniya mətbuatında yayılan məlumata görə, "Real"ın prezidenti Florentino Peres Mourinyonu "Real"a gətirmək istəsə də, Ramos bunun əlehinədir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right