Şenol Günəşdən istefa açıqlaması

Mövsümü qeyri-stabil keçirən "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin istefaya göndəriləcəyi ilə bağlı xəbərlər dolaşır.

Newsport.az-ın məlumatına görə, Super Liqanın 17-ci turunda səfərdə "Kasımpaşa"ya 1-4 hesabı ilə uduzan "qara qartallar"ın baş məşqçisinə "istefa verməyi düşünürsünüz" sualı ünvanlanıb. Şenol Günəş isə istefa verməyəcəyini bildirib:

"Liqada işlərin necə gedəcəyini bilmirik. Mən işimin başındayam və hazırda qərar vermək zamanı deyil".

"Beşiktaş" 17 turdan sonra 26 xalla Super Liqanın 6-cı pilləsində qərarlaşıb.

Qeyd edək ki, 66 yaşlı mütəxəssis 2015-ci ildən "Beşiktaş"ı çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right