"Mançester Yunayted"dən darmadağın

İngiltərə Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, "Mançester Yunayted" yeni baş məşqçi Ole-Qunnar Sulşerin rəhbərliyi altında ilk matçına çıxıb. "Qırmızı şeytanlar" səfərdə "Kardiff Siti"yə 5-1 hesabı ilə qalib gəlib.

Premyer Liqada turnir cədvəlinə 48 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 44 xalla 2-ci, "Tottenhem" 39 xalla 3-cüdür. "Çelsi" və "Arsenal" 37 xalla 4-5-ci yerləri bölüşürlər. ""Mançester Yunayted" 29 xalla 6-cı, "Kardiff Siti" 14 xalla 17-ci yerdə qərarlaşıb.

"Kardiff Siti" 1-5 "Mançester Yunayted"
Qollar:
 Viktor Kamaraza, 38 (pen.) - Markus Refşord, 3, Ander Herrera, 29, Antoni Marsial, 41, Jessi Linqard, 57, (pen.), 90

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right