UEFA AÇ-2020-nin mükafat fondunu açıqladı

UEFA AÇ-2020-nin mükafat fondunu açıqlayıb.

Newsport.az-ın məlumatına görə, final mərhələsinə vəsiqə əldə edən hər yığma 9,25 milyon avro qazanacaq. Qrup mərhələsində hər qələbə üçün 1,5 milyon avro, heç-heçəyə isə 750 min avro avro mükafat veriləcək.

Qrup mərhələsində iştirak - 9,25 milyon avro
Qrup mərhələsində qələbə - 1,5 milyon avro
Qrup mərhələsində heç-heçə - 750 min avro
1/8 final - 2 milyon avro
1/4 final - 3,25 milyon avro
Yarımfinal - 5 milyon avro
İkinci yer - 7 milyon avro
Çempion - 10 milyon avro

AÇ-2020-nin final mərhələsi 12 şəhərdə keçiriləcək. Bu qarşılaşmalardan dördü Bakıda reallaşacaq.

 

Qeyd edək ki, millimiz AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Slovakiya və Macarıstanla eyniq qrupda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right