Millimizə üç qol vuran futbolçu "Qalatasaray"ın bir addımlığında

Hollandiya Erediviziyasında çıxış edən "Herenven"in yarımmüdafiəçisi Arber Zeneli cari mövsüm nümayiş etdirdiyi oyunla Avropanın öndə gedən klublarının transfer radarına düşüb.

Newsport.az xəbər verir ki, kosovolu futbolçu "Qalatasaray"la "Fənərbaxça"nın transfer hədəfindədir. Hollandiya mətbuatının məlumatına görə, 23 yaşlı oyunçu "Qalatasaray"a keçidi daha yaxındır. Xəbərə qeyd edilib ki, "sarı-qırmızılar" bu keçid üçün Hollandiya klubuna 2,5 milyon avro ödəyəcək.

Zeneli açıqlamasında Türkiyədə forma geyməyin əlehinə olmadığını söyləyib.

Qeyd edək ki, gənc ulduz bu mövsüm "Herenven"də 15 oyuna 3 qol vurub, 9 assist edib. Zeneli Millətlər Liqasının qrup mərhələsində Kosovonun millimizi darmadağın etdiyi həlledici qarşılaşmada (4:0) het-trik etmişdi. Bundan əlavə, o, ölkəsində ilin futbolçusu seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right