Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Tottenhem” klubu futbolçusu Yan Vertongenlə müqavilənin müddətini uzadıb.

Newsport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə mövcud müqavilənin müddəti 2020-ci ilin yayına qədər artırılıb. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. Əvvəlki müqavilənin müddəti 2019-cu ilin yayında bitəcəkdi.

Vertongen 2012-ci ildən “Tottenhem”də oynayır. Belçikalı futbolçu London klubuna 2012-ci ildə “Ayaks”dan transfer olunub. O, Premyer Liqa təmsilçisində indiyə qədər 264 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right