Mourinyo fantastik məbləğdə təzminat alacaq

“Mançester Yunayted”in istefaya göndərdiyi Joze Mourinyoya ödəyəcəyi təzminatın məbləği müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, “mankunyanlar” portuqaliyalı mütəxəssisə 24 milyon funt-sterlinq (təqribən 27 milyon avro) ödəməlidir. Çünki 55 yaşlı məşqçinin Mançseter təmsilçisi ilə müqavilə müddəti 2020-ci ilin yayına qədər idi.

Mourinyo qış fasiləsindən sonra istefaya göndərilsəydi, ona ödəniləcək təzminat xeyli az olacaqdı – 18 milyon funt-sterlinq (təqribən 20 milyon avro).

Qeyd edək ki, Mourinyo 2016-cı ildən "MY"-i çalışdırırdı. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right