Şehiç oynadı, "Fənərbaxça" evdə xal itirdi

Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilib.

 

Newsport.az-ın məlumatına görə, "Fənərbaxça" evdə "Qarabağ"ın sabiq qolkiperi İbrahimin Şehiç çıxış etdiyi "Ərzurumspor"la qarşılaşıb. Meydan sahibləri Ərsun Yanalın rəhbərliyi altında çıxdığı ilk oyunda hesabda 2:0 öndə olsa da, matçdan bərabərliklə ayrılıb - 2:2.

 

Super Liqada turnir cədvəlinə 34 xalla "Başakşəhər" başçılıq edir. "Yeni Malatyaspor" 28 xalla 2-cidir. "Beşiktaş", "Trabzonspor", "Qalatasaray", "Kasımpaşa" və "Antalyaspor" 26 xalla 3-7-ci yerləri bölüşürlər. "Ərzurumspor"la "Fənərbaxça" isə 15 xalla 16-17-ci yerlərdə qərarlaşıblar.

 

"Fənərbaxça" 2-2 "Ərzurumspor"

Qollar: Andre Ayyu, 18, Martin Şkrtel, 27 - Emrah Başsan, 48, Lennart Ti, 90

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right