Eddi İsrafilov qol vurdu

İspaniya Sequndasında 18-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Eddi Silvestr Paskual İsrafilovun formasını geyindiyi “Alkorkon” səfərdə “Osasuna”ya 1:2 hesabı ilə uduzub.

İsrafilov start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu 53-cü dəqiqədə Eddi vurub. 26 yaşlı futbolçu 44-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb. 

Eddi İsrafilov sonuncu dəfə 2016/17 mövsümündə "Kadis"in heyətində qol vurmuşdu. 

Qeyd edək ki, “Alkorkon” 33 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Lider "Qranada"nın 37 xalı var.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right