"Arsenal"ın 22 oyunluq məğlubiyyətsizlik seriyası başa çatdı

İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, "Sauthempton" evdə "Arsenal"a 3:2 hesabı ilə qalib gəlib. Bununla da, “topçular”ın 22 oyunluq məğlubedilməzlik seriyasına son qoyulub.

Premyer Liqada turnir cədvəlinə 45 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 44 xalla 2-ci, "Tottenhem" 39 xalla 3-cü, "Çelsi" 37 xalla 4-cü, "Arsenal" 34 xalla 5-ci, "Mançester Yunayted" 26 xalla 6-cı pillədə qərarlaşıb. "Sauthempton" isə 12 xalla 17-cidi.

"Sauthempton" 3-2 "Arsenal"
Qollar:
Denni İnqz, 20, 44, Çarli Oustin, 85 - Henrix Mxitaryan, 28, 53

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right