Nazarov oynadı, komandası xal itirdi

Almaniya 2-ci bundesliqasında 17-ci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" klubu bu tur evdə "Darmştadt"la qarşılaşıb. Oyuna ehtiyatdan başlayan Nazarov 57-ci dəqiqədə hesab 1:0 olarkən meydana daxil olub. 7 dəqiqə sonra Aue təmsilçisi hesab arasındakı fərqi 2 topa çatdırsa da, üstünlüyü qoruya bilməyib. Görüş 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, ehtiyatında 19 xalı olan "Erzgebirge" 12-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right