"Barselona"dan 115 milyonluq futbolçuya görünməmiş cəza

"Barselona" istedadı qədər intizamsız hərəkətləri ilə də diqqəti çəkən Osman Dembele barədə qərar verib.

Newsport.az-ın məlumatına görə, gecə gec saatlara qədər video oyun oynayan və bu səbəbdən məşqlərə gecikən fransız futbolçuya telefon qadağası qoyulub.

Dembele komandanın səhər məşqlərinə gecikdiyi üçün baş məşqçi Ernesto Valverdenin narazılığına səbəb olub.

"Barselona" Dembeleni 2017-c ildə Dortmund "Borussiya"sından 115 milyon avroya transfer edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right