"Everton" "Barselona"nın futbolçusu üçün hərəkətə keçdi

"Everton" mövsümün əvvəlində "Barselona"dan 2,5 milyon avroya icarəyə götürdüyü Andre Qomeşi transfer etmək üçün hərəkətə keçib.

Newsport.az-ın məlumatına görə, bu barədə komandanın portuqaliyalı baş məşqçisi Marku Silva məlumat verib: "Qomeş ilk iki ay ərzində komandanı sevdiyini göstərdi. Transfer hüuquna yiyələnmək üçün çalışırıq. Bir-iki həftə ərzində bu məsələ həlli yolunu tapacaq".

"Barselona" Qomeşin müqaviləsində sərbəst qalma qiymətini 100 milyon avro qeyd edib. İspaniya mətbuatının məlumatına görə, katalonlar futbolçunu daha aşağı məbləğə satacaq.

Qeyd edək ki, Portuqaliya millisinin 25 yaşlı üzvü 2016-cı ildə "Valensiya"dan "Barselona"ya 35 milyon avroya keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right