Emmanuel Adebayor addım-addım "Fənərbaxça"ya

Qış fasiləsində heyətini gücləndirməyi planlaşdıran "Fənərbaxça" daha çox hücum xəttini düşünür.

Newsport.az-ın məlumatına görə, mövsümü uğursuz keçirən İstanbul klubu Super Liqanın lideri "Başakşəhər"dən Emmanuel Adebayoru transfer etməyə yaxındır. "Başakşəhər"in hücumçu axtarması və Adebayorun bəzi oyunlarda ikinci hissədə meydana daxil olması toqolu forvardı qane etmir. Türkiyə mətbuatına məlumatına görə, İstanbul klubları transfer üçün anlaşmaq üzrədilər. "Sarı-lacivərdlilər" 34 yaşlı futbolçunun keçidi üçün cüzi miqdarda məbləğ ödəyəcək. Bu keçid baş tutsa, "Fənərbaxça" İslam Slimani və Roberto Soldadodan birini göndərəcək.

Qeyd edək ki, Adebayor 2017-ci ildən "Başakşəhər"də çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right