Dadaşov oynadı, komandası "Sportinq"i məğlub etdi

Futbol üzrə Portuqaliya Sequndasında XII turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Kovilyan “Sportinq”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“Eştoril” 11 turdan sonra 23 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right