Sabiq "Xəzər Lənkəran"lı ilə yollar ayrıldı

Türkiyənin II Liqasında çıxış edən “Darıca Gənclərbirliyi” klubu baş məşqçisi Oqtay Dərəlioğlu ilə yolları ayırıb.

Newsport.az-ın məlumatına görə, mütəxəssis klubun müqavilə şərtlərinə əməl etmədiyini, maaş və mükafat almadıqları üçün klubdan gedib. Dərəlioğlu klubun tezliklə müflis olacağını da qeyd edib.

Qeyd edək ki, Oqtay Dərəlioğlu futbolçu 2004/05 mövsümündə “Xəzər Lənkəran”da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right