“Atletiko”da ciddi itki – Kosta 2-3 ay oynamayacaq

“Atleltiko”nun futbolçusu Dieqo Kosta 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, La Liqanın 14-cü turunda “Jirona” ilə matçda(1:1) zədələnən 30 yaşlı hücumçunun tibbi müayinədən sonra sol ayağında problem aşkarlanıb.
İspaniya millisinin üzvü  yaxın zamanda klubun nəzarəti ilə Brazilyada əməliyyat olacaq.

 

Qeyd edək ki, D. Kosta bu mövsüm Madrid klubunun heyətində ümumilikdə, 15 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right