Karol Belanik: "Azərbaycan evində bizə narahatlıq yarada bilər"

"Xorvatiya son dünya çempionatının gümüş mükafatçısıdı. Bu komanda qrupumuzda ən güclüdü".

Newsport.az-ın məlumatına görə, bu sözləri Slovakiya Futbol Federasiyasının vitse-prezidenti Karol Belanik deyib. Qurum rəsmisi AÇ-2020-nin püşkünü dəyərləndirib: "Uelslə AÇ-2016-nın seçmə mərhələsində üz-üzə gəlmişik. Macarıstan da tanış rəqibdi. Macarlarla oyun böyük derbi olacaq. Azərbaycanla səfərdə keçirəcəyimiz oyun çətin ola bilər. Onlar evində bizə narahatlıq yarada bilər. Komandamız bu qrupdakı rəqiblərlə yaxşı oynamaq potensialına malikdi".

Qeyd edək ki, AÇ-2020-nin seçmə mərhələsinin E qrupunda Xorvatiya, Uels, Slovakiya, Macarıstan və Azərbaycan milliləri yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right