Van Persi baş məşqçi olacaq?

Mövsümün sonunda karyerasını başa vuracaq Robin van Persi gələcək planlarından söz açıb.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı hücumçu "baş məşqçi olmaq istəyirsiniz" sualına belə cavab verib: "Hazırda futbolçuyam və mövsümün sonuna kimi bunun dadını çıxarmaq istəyirəm. Mövsüm başa çatdıqdan sonra nələr olacağını görəcəyik. Çalışdığım heç bir baş məşqçi qüsursuz deyildi. Təbii ki, karyerama təsiri olan baş məşqçilər də oldu. Ancaq yaxşı baş məşqçi ilə yaxşı idarəedicini ayırmaq lazımdı".

Qeyd edək ki, van Persi "Feyenoord" yetirməsidi. O, "Arsenal", "Mançester Yunayted" və "Fənərbaxça" klublarında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right