Baş məşqçi: "Rüfət Dadaşov "coker" rolunu oynayacaq"

"Proyssen"in baş məşqçisi Marko Antverpen futbolçusu Rüfət Dadaşov barədə növbəti açıqlama verib.

Newsport.az-ın Almaniya mətbuatına  istinadən yaydığı xəbərə görə, o, millimizin hücumçusunun  3-cü bundesliqanın 16-cı turunda "Ayntraxt"a (Braunşveyq) qarşı matça ehtiyat oyunçular skamyasında başlayacağını deyib: "O, yığmadan zədəli və yorğun qayıdıb.  Ona görə Rüfət bu gün "coker"  rolunu oynayacaq".

Qeyd edək ki, "Proyssen" - "Ayntraxt" görüşü bu gün Bakı vaxtı ilə 22:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right